Rusiyanın ən zəngin qubernatoru türmədə… – Qərar dəyişmədi

Saxalin Vilayət Apelyasiya Məhkəməsi regionun keçmiş başçısı Aleksandr Xoroşavinlə bağlı məhkəmənin qərarını dəyişməyib.

Saxalin Vilayət Apelyasiya Məhkəməsi regionun keçmiş başçısı Aleksandr Xoroşavinlə bağlı məhkəmənin qərarını dəyişməyib.

Qubernator və onunla əlbir olan bir neçə şəxs rüşvər almaqda ittiham olunaraq 2015-ci ilin martında həbs olunublar.

Bu il fevralın 9-da A.Xoroşavin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, o, 500 milyon rubl cərimə olunub.

A.Xoroşavin həbs olunarkən Rusiyanı öz sərvəti ilə təəccübləndirmişdi. Paytaxt regionunda 4 mənzil, 6 avtomobil, qızıl-zinət əşyaları, rublda və xarici valyutada böyük məbləğdə (ümumilikdə 700 milyon rubl) nağd pul - bunlar hələ onun sərvətinin hamısı deyil.

Təkcə axtarış zamanı ələ keçirilən qələmlər 36 milyon rubl dəyərində qiymətləndirilmişdi.

A.Xoroşavin 2009-cu ildə Rusiyanın ən zəngin qubernatoru adlandırılmışdı. "Onun vəkilləri müvəkkilləri barədə məhkəmə qərarına etiraz etməyə davam edəcəklər. Bunun üçün onlarda pul var", - deyə Rusiya mediası bildirir.

teleqraf

Şahzadə casus çıxdı – Kəşfiyyat kurslarında təlim keçib – Foto

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31