Şahzadə casus çıxdı – Kəşfiyyat kurslarında təlim keçib – Foto

İngiltərə Krallığı taxtının ikinci varisi hesab olunan şahzadə Uilyamın casus kursu keçdiyi ortaya çıxıb.

İngiltərədə hər addımı ilə mətbuatın gündəmindən düşməyən kral ailəsi ilə bağlı yeni xəbərlər ortaya çıxıb.

Bəlli olub ki, şahzadə Uilyam 3 həftə müddətində casus kursu keçib, bu peşənin sirlərini öyrənib.

Şahzadənin daxili kəşfiyyat qurunu olan Mİ5, xarici kəşfiyyat qurumu Mİ6 və İngiltərə Təhlükəsizlik Xidmətində xidmət keçdiyi məlum olub.

Məlumata görə, şahzadə casusluq peşəsinin sirlərini kabinetlərlə yanaşı küçələrdə də alıb.

Şahzadənin kəşfiyyat xidmətində yüksək vəzifəli şəxslərlə yanaşı aşağı xidmətdə olanlarla da əlaqə qurduğu, bunu ölkənin təhlükəsizliyi üçün göstərilən xidmətləri anlamaq məqsədilə Etdiyi bildirilir.

Bu məlumat ortaya çıxdıqdan sonra sosial şəbəkələrdə şahzadə Uilyamla məşhur filmin qəhrəmanı Ceyms Bondun fotoları müqayisə edilib.

Qeyd edilir ki, şahzadə Uilyam kral ailəsindən bu sahədə özünü yoxlayan ilk şəxsdir.

Xatırladaq ki, şahzadənin casusluq kursu keçdiyini isbat edən fotolar Kensinqton Sarayı tərəfindən yayılıb.

teleqraf

Müəllif: Cavad

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31