Moskvada erməni qadın amansızlıqla qətlə yetirildi – Video

Moskvanın qərb hissəsində qadın cəsədi aşkarlanıb.

Moskvanın qərb hissəsində qadın cəsədi aşkarlanıb.

Qadın bir neçə dəfə bıçaqlanıb. Cinayət anı müşahidə kamerasına düşüb.

Şəhər istintaq idarəsi artıq qəsdən adamöldürmə maddəsi ilə cinayət işi qaldırıb.

Təhqiqatçıların verdiyi görüntülərdə qatilin necə hərəkət etdiyini görünür. Qadın telefona baxdığı yerdə qəfil ona yaxınlaşaraq bıçaqla zərbə endirir. Qurbana bir neçə zərbə vurduqdan sonra sakitcə cinayət yerini tərk edir.

Kişi ərazidən çıxdıqdan sonra da qadının hələ ayaq üstə olduğu görünür.

57 yaşlı qadının cəsədi aprelin 2-də gecə tapılıb. Mütəxəssislər qətlə yetirilənin üzərində çoxsaylı bıçaq xəsarətlərinin olduğunu qeydə alıblar.

Məlum olub ki, qətlə yetirilən əvvəllər paytaxtın Krılatskoe rayon idarəsinin əməkdaşı, milliyyətcə erməni olan Karine Vartanovadır.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31