“Google+” və “Inbox” fəaliyyətini dayandırdı
4 Aprel 2019 16:37 Dünya"Google" şirkəti "Google+" sosial şəbəkəsini və "Inbox" poçt xidmətinin işini dayandırıb.
Olaylar.az bildirir ki, "Google Photo" xidmətində saxlanılmış şəkil və videoların ehtiyat surəti silinməyəcək.
Lakin "Google+" xidmətində adi hesabların məzmunu tədricən silinəcək. Bu proses bir neçə ay davam edəcək və bu müddət ərzində məlumatlar əlçatan ola bilər.
Qeyd edək ki, "Inbox.google.com" səhifəsinə daxil olduqda "Gmail" xidmətinin yeni versiyasına keçmək təklif edilir və məlumat verilir ki, "Inbox" poçt xidmətinin dəstəyi 2019-cu ilin martında bitib və "Inbox"un bir sıra populyar funksiyaları artıq "Gmail"də əlçatandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31