“WhatsApp” gözlənilən yeniliyini reallaşdırır
“WhatsApp” sabah növbəti yeniliyini təqdim edəcək.
4 Aprel 2019 15:56 Dünya"WhatsApp" sabah növbəti yeniliyini təqdim edəcək.
Olaylar.az bildirir ki, bundan sonra istifadəçiləri öz razılıqları olmadan hansısa qruplara əlavə etmək mümkün olmayacaq.
Yeni əlavə parametrlərdə görsənəcək. Parametrlərə daxil olarkən, "istifadəçini kim qruplara əlavə edə bilər" bölümündə "telefon nömrələri siyahısındakı şəxslər və ya heç kim" deyə seçim imkanı yaranacaq.
İstifadəçini qrupa əlavə etmək istəyəndə ona sorğu göndəriləcək və uyğun olaraq, istəyin rədd edilməsivə ya əlavə edilməsi imkanı yaradılacaq. Sorğu 3 gün ərzində aktiv olacaq.
Yeni funksiya sabahdan fəaliyyətə başlayacaq və bir neçə gün sonra hər kəsin istifadə etməsi mümkün olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31