Qondarma respublikada prezident seçkisinin tarixi bilindi

Qondarma Abxaziya parlamenti yeni “prezident seçkisi”nin tarixini müəyyən edib.

Qondarma Abxaziya parlamenti yeni "prezident seçkisi"nin tarixini müəyyən edib.

Bu məlumatı TASS agentliyi yayıb. Məlumata görə, qondarma respublikada seçki iyulun 21-nə təyin edilib.

Qeyd edək ki, Abxaziya Gürcüstan ərazisidir. Moskvanın dəstəyi ilə bu ərazi 1991-ci ildə "müstəqilliyini" elan edib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31