Bağdadinin başının qiyməti 50 milyona qalxdı

İraq hökuməti İŞİD-in rəhbəri Əbubəkr Bağdadinin yeri haqqında məlumat verən şəxsə 25 milyon dollar mükafat verəcəyini bildirib.

İraq hökuməti İŞİD-in rəhbəri Əbubəkr Bağdadinin yeri haqqında məlumat verən şəxsə 25 milyon dollar mükafat verəcəyini bildirib.

Bu barədə elan vərəqələrini İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ənbar vilayəti üzərinə atıblar.

Qeyd edək ki, bundan öncə dəfələrlə Bağdadinin ölümü haqqında məlumatlar yayılsa da sonradan onların heç biri təsdiqini tapmayıb. Son olaraq Bağdadinin Ənbar vilayətinin qərbindəki səhrada gizləndiyi haqqında məlumat yayılıb.

Bundan öncə ABŞ da Bağdadinin başına 25 milyon dollar mükafat qoyduğunu açıqlamışdı.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31