Britaniya parlamentində çılpaq etiraz - VİDEO - FOTO
Böyük Britaniya parlamentində "Extinction Rebellion" hərəkatının fəalları etiraz aksiyası keçiriblər.
4 Aprel 2019 13:51 DünyaBöyük Britaniya parlamentində "Extinction Rebellion" hərəkatının fəalları etiraz aksiyası keçiriblər.
Çılpaq və yarıçılpaq olan aksiya iştirakçıları deputatların diqqətini "Brexit"dən ayıraraq qlobal iqlim dəyişikliklərinin plantimizdə yaratdığı fəsadlara yönəltməyə çalışdıqlarını deyiblər.
Çılpaq aksiya iştirakçılarının sinələrinə və kürəklərinə "İqlim ədaləti!", "Eko-kollaps!", "Bəsdir vaxtı boşuna sərf etdiniz!" yazılmışdı.
Britaniya parlamentinin İcmalar Palatasının spikeri Con Berkou deputatları diqqəti yayındırmamağa çağırıb.
Polis 12 nəfər aksiya iştirakçısını parlament binasından çıxararaq saxlayıb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31