Polis maşının üstünə atıldı: film kimi əməliyyat - Video
Türkiyənin Adana şəhərində film səhnələrini xatırladan hadisə baş verib.
4 Aprel 2019 13:47 DünyaTürkiyənin Adana şəhərində film səhnələrini xatırladan hadisə baş verib.
Adana polisinə narkotik maddə ticarəti ilə məşğul olan dəstə barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra şübhəli şəxslərin təqibinə başlayan mülki geyimli polisləri görən cinayətkarlar qaçmağa çalışıb. Polis onların avtomobilinin qarşısını kəsməyə müvəffəq olsa da, şübhəlilər arxadakı maşını əzərək qaçmağa cəhd ediblər. Bu zaman polislərdən biri avtomobilin damından yapışaraq cinayətkarlara mane olmağa çalışıb. Digər polis isə avtomobilin şinlərinə atəş açaraq onu dayandırıb.
Avtomobil dayandıqdan sonra narkotik maddə alverçiləri qaçmağa çalışıblar. Lakin sonda polislər tərəfindən yaxalanan şübhəlilər polis bölməsinə gətirilib.
axar