Vəzifəyə gələn kimi otağının qapısını sökdürdü - VİDEO
Amasiya şəhərinin bələdiyyə rəhbəri seçilən MHP-li Mehmet Sarı yeni postunda gördüyü işlə gündəmə gəlib.
4 Aprel 2019 13:44 Dünya"Qohum-qardaşınızın evinə necə gəlirsinizsə, bura da elə gələcəksiniz".
Amasiya şəhərinin bələdiyyə rəhbəri seçilən MHP-li Mehmet Sarı yeni postunda gördüyü işlə gündəmə gəlib.
Siyasətçi rəhbər olduğuna dair möhürlü sənədi MSK-dan aldıqdan sonra ilk iş olaraq bələdiyyədə otağının qapısını sökdürüb.
O, bu addımını xalqa daha yaxın olmaq üçün atdığını söyləyib: "Seçki öncəsi vətəndaşlara "bizdə qırmızı işıq yoxdur, gözləmək yoxdur, sanksiya yoxdur" demişdik. Qohum-qardaşınızın evinə necə gəlirsinizsə, bura da elə gələcəksiniz".(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31