Məsciddə müsəlmanları vəhşicəsinə öldürən terrorçudan YENİ XƏBƏR: sabah...

Yeni Zelandiyanın Kraystçerç şəhərində 15 mart tarixində məscidlərə silahlı hücum edən cinayətkar Brenton Tarrantın növbəti məhkəməsi baş tutacaq.

Yeni Zelandiyanın Kraystçerç şəhərində 15 mart tarixində məscidlərə silahlı hücum edən cinayətkar Brenton Tarrantın növbəti məhkəməsi baş tutacaq.

50 nəfərin həyatına son qoyan terrorçu sabah 50 müxtəlif cinayət və 39 dəfə cinayətə cəhd etməkdə ittiham olunacaq.

Paremoremo şəhərindəki xüsusi nəzarət olunan "Auckland" həbsxanasında bir nəfərlik otaqda saxlanılan Tarrantın sabahkı məhkəmə prosesində kamera vasitəsilə iştirakı gözlənilir.

Qeyd edək ki, 28 yaşlı Brenton Tarrant Avstraliyada anadan olub. O, vəkilinin xidmətindən imtina edərək müdafiəsini özünün edəcəyini açıqlamışdı. Cinayətkarın bu həmlə ilə məhkəmə prosesini təxribat platformasına çevirə biləcəyinə dair müzakirələr gedirdi.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31