Sədr millət vəkilini iclasdan qovdu - Parlamentə giriş QADAĞAN EDİLDİ
Millət vəkillərinin Parlamentə uşaqla gəlməsi qadağan edilib
4 Aprel 2019 13:38 DünyaMillət vəkillərinin Parlamentə uşaqla gəlməsi qadağan edilib.
Bu barədə qanun layihəsi Danimarka Parlamentində müzakirə edilib.
Belə ki, Mühafizəkarlar Partiyasının üzvü, millət vəkili Mette Abildsgardın Parlamentin iclasına uşaqla gəlməsi sədrin etirazına səbəb olub. Parlament sədri Pia Kjaesdaard millət vəkilinin iclası tərk etməsini tələb edib. Bundan sonra uşaqların Parlamentə gətirilməməsi ilə bağlı qanun hazırlanıb və səs çoxluğu ilə Parlament Divanında qəbul edilib. Bundan əvvəl isə Danimarka Parlamentinə uşaqla gəlməyin mümkün olması barədə qanun olmayıb.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31