“Qadınların prosesə qoşulması...” – ATƏT sədrindən Qarabağ açıqlaması
Sülh üçün qadınlar” adlı təklif
4 Aprel 2019 13:35 Dünya"Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü "Sülh üçün qadınlar" adlı təklifini dəstəkləyirəm".
Bunu ATƏT-in dönəm sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib.
O qeyd edib ki, qadınlar və gənclərin sülhyaratma prosesində iştirakı əhəmiyyətli ola bilər:
"Qadınlar münaqişəni həll etmək üçün yeni istiqamət yaradırlar. Buna görə də qadınların sülh prosesinə qoşulmasını dəstəkləyirəm".
Qeyd edək ki, Anna Akopyan bir neçə gün əvvəl Ermənistan və Azərbaycandan olan qadınların Qarabağ münaqişəsinin dinc yolla həll prosesinə qoşulmasını təklif edib.
O, irəli sürdüyü təklifi "Sülh üçün qadınlar" adlandırıb.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31