İranda sel 70 can aldı
İranda sel və daşqınlar nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb.
4 Aprel 2019 12:17 Dünyaİranda sel və daşqınlar nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb.
Bu barədə İranın Təcili Yardım Təşkilatının informasiya portalı məlumat verib.
Məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə 768 nəfər yaralanıb.
Təkcə Fars vilayətində 23, Lorestan vilayətində isə 14 nəfər həlak olub.
Qeyd edək ki, İranda son vaxtlar baş verən daşqınlar nəticəsində bir neçə şəhər və çoxlu sayda kənd su altında qalıb.(trend.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31