Poroşenko şoumenin çağırışını qəbul etdi: Olsun stadion!

Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyevin “Olimpiya” stadionunda prezident seçkilərinin ilk turunun qalibi Vladimir Zelenski ilə debat keçirməyə razı olduğunu açıqlayıb.

Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyevin "Olimpiya" stadionunda prezident seçkilərinin ilk turunun qalibi Vladimir Zelenski ilə debat keçirməyə razı olduğunu açıqlayıb.

Bu barədə Poroşenko Tvitter hesabında yazıb.

Poroşenko Zelenskiyə MSK qaydalarına əsasən namizədlərin yalnız İctimai televiziya bazasında bütün Ukrayna telekanallarının yayımı ilə debat apara biləcəyini xatırladıb.

"Yaxşı, stadiondursa, olsun stadion. Sizi gözləyirəm, Vladimir Aleksandroviç", - Poroşenko bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turuna keçən Zelenski ötən gün Poroşenkonu Kiyev stadionunda 100 minlik auditoriyanın qarşısında canlı debata çağırımış və prezidentə fikrini bildirmək üçün 24 saat vaxt vermişdi.

Pyotr Poroşenko Blokunun deputatı Mariya İonova isə Poroşenkonun stadionda debat təklifini qəbul etməyəcəyini, debat üçün ən münasib yerin televiziya olduğunu bildirmişdi.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31