Ukrayna MSK seçkilərin tam nəticəsini açıqladı
krayna Mərkəzi Seçki Komissiyası ölkədə 31 martda keçirilən prezident seçkilərinin tam nəticəsini açıqlayıb.
4 Aprel 2019 10:34 DünyaUkrayna Mərkəzi Seçki Komissiyası ölkədə 31 martda keçirilən prezident seçkilərinin tam nəticəsini açıqlayıb.
Bülletenlərin 100%-i sayılandan sonra nəticələr belədir:
1. Aktyor Vladimir Zelenski - 30,24%
2. Hazırkı Prezident Pyotr Poroşenko - 15,95%
3. Batkivşina Partiyasının lideri Yuliya Timoşenko - 13,4%
4. Həyat Naminə Müxalif Platforma Partiyasının lideri Yuri Boyko - 11,67%
5. Vətəndaş Mövqeyi Partiyasının lideri Anatoli Qriçenko - 6,91%
6. UTX-nin keçmiş sədri İqor Smeşko - 6,04%
7. Radikal Partiyanın lideri Oleq Lyaşko - 5,48%
Qeyd edək ki, ümumilikdə seçkilərin birinci turunda 39 namizəd iştirak edib. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün 21 apreldə keçiriləcək ikinci turda ilk iki yeri tutan namizəd - Zelenski və Poroşenko prezident vəzifəsi uğrunda mübarizəni davam etdirəcək.
axar