Bu ölkədə homoseksuallar edam ediləcək

Bruney Sultanlığı homoseksual azğınlıq və zina edənlərin daşqalaq edilərək edam ediləcəyini açıqlayıb

Bruney Sultanlığı homoseksual azğınlıq və zina edənlərin daşqalaq edilərək edam ediləcəyini açıqlayıb.

Bu barədə ölkənin rəsmi internet saytı informasiya yayıb.

"Hökumətimiz başqalarının bunu qəbul etməsini ya da təsdiqləməsini gözləmir. Tək gözlədiyimiz şey, bizim onlara hörmət etdiyimiz kimi onların da bizə hörmət etməsidir", - məlumatda deyilib.

Qeyd edək ki, ölkənin yeni cinayət məcəlləsi aprelin 3-də qüvvəyə minib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31