Rusiya MN-in zabiti İŞİD-ə qoşuldu – Xisamovun əməlləri

Şimali Qafqaz Dairə Hərbi Məhkəməsi Suriyada “İslam Dövləti” terror qruplaşmasının tərəfində döyüşmüş Denis Xisamovu 20 il müddətinə azadlıqdan məhrum edib.

Şimali Qafqaz Dairə Hərbi Məhkəməsi Suriyada "İslam Dövləti" terror qruplaşmasının tərəfində döyüşmüş Denis Xisamovu 20 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf.com xəbər verir ki, D.Xisamov cəzasının 19 ilini ciddi, 1 ilini adi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan əlavə o, ehtiyatda olan kapitan rütbəsindən də məhrum edilib.

İstintaqın gəldiyi nəticəyə görə, Krasnodar sakini olan D.Xisamov 2016-cı ilin yanvarından 2017-ci ilin aprelinədək Suriyada terrorçuluq fəaliyyətində iştirak edib. O, Raqqa şəhəri yaxınlığında xüsusi təlim düşərgəsində təlim keçib. O da bildirilir ki, D.Xisamov 2016-cı ilin oktyabr ayından etibarən Türkiyə ərazisind İŞİD havadarlarının "verbovka"sı ilə məşğul olub.

D.Xisamov özü qisas əməliyyatlarında iştirak etdiyini və 4 nəfəri öldürdüyünü etiraf edib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31