Ukraynada qrip 55 can aldı
Ukraynada epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından 55 nəfər həlak olub.
3 Aprel 2019 14:46 DünyaUkraynada epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından 55 nəfər həlak olub.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, ölənlərdən 11-i 17 yaşadək uşaqlar olub.
Ötən həftə qripdən daha bir uşaq həlak olub.
Ötən həftə Ukraynada 137 916 nəfər qrip və kəskin respirator virus infeksiyasına yoluxub.
Onların 66 faizindən çoxu 17 yaşadək uşaqlardır.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31