Qazaxıstan prezidenti ilk rəsmi səfərini Rusiyaya edib

Qazaxıstanın yeni prezidenti Kasım-Jomart-Tokayev Vladimir Putinin dəvəti ilə bu gün ilk rəsmi səfərini Rusiyaya edib.

Qazaxıstanın yeni prezidenti Kasım-Jomart-Tokayev Vladimir Putinin dəvəti ilə bu gün ilk rəsmi səfərini Rusiyaya edib.

Olaylar.az bildirir ki, bu barədə "TASS"da məlumat yayılıb.

Qazaxıstan prezidentini "Vnukovo-2" aeroportunda Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.

Kremlin mətbuat xidmətinin məlumatında bildirilib ki, görüş zamanı hər iki ölkə başçısı ikitərəfli münasibətlərin əsas mövzularını müzakirə edəcək.

Görüşdə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31