"Apple" OLED ekranlı smartfonların satışına hazırlaşır

"Apple" 2020-ci ildə OLED panellərindən istifadə edərək yeni ekran ölçüləri ilə üç ədəd yeni iPhone modelini satışa çıxaracağını açıqlayıb. 

Olaylar.az bildirir ki, ekranlar olduqca yığcam olan 5.42 düym və daha böyük ölçülü Max modeli (6.67 düym) arasında dəyişəcək.

Apple şirkəti OLED ekranlı smartfonun satışa buraxılması üzərində işləri davam etdirir. Şirkət üçün bu yeni texnologiyaya keçid deməkdir. Yeni modellər iPhone XS və XS Max-i əvəz edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31