Afinada 200 ildən sonra ilk dəfə məscid açılacaq

Yunanıstanın paytaxtı Afinada 200 ildən sonra ilk dəfə müasir məscidin açılışı olacaq.

Yunanıstanın paytaxtı Afinada 200 ildən sonra ilk dəfə müasir məscidin açılışı olacaq.

Olaylar.az bildirir ki, bu haqda "Kathimerini" qəzetində məlumat yayılıb.

Məlumata görə, 200 ildən sonra məscidin inzibati şurası yeni müsəlman məbədi üçün birinci imamı seçmək üçün bir araya gəlib.

Sözügedən vəzifəyə təxminən 25 il əvvəl Yunanıstana iqtisadi səbəblərdən köçüb gəlmiş və yunan vətəndaşlığına malik olan 50 yaşlı mərakeşli Zak Məhəmmədin namizədliyini təklif edilib. 

Qeyd edək ki, yunanların əksəriyyəti ölkədə İslam dininin yayılmasına qarşıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31