Tokayev əlifba dəyişikliyini dəstəkləyib - "Əlifba seçimi təkcə yazı seçimi deyil"
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazax dilinin latın əlifbasına keçidinin mənəvi müasirləşmənin mühüm mərhələsi olduğunu açıqlayıb.
3 Aprel 2019 12:25 DünyaQazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazax dilinin latın əlifbasına keçidinin mənəvi müasirləşmənin mühüm mərhələsi olduğunu açıqlayıb.
Olaylar.az bildirir ki, bu barədə "Sputnik Kazakıstan"da məlumat yayılıb.
Dövlət başçısı əlifbanın seçiminin təkcə yazı seçimi olmadığını bildirib:
"Qonşu ölkələr də latın qrafikasına seçiblər, dünyada informasiyaların 90 faizi latın əlifbası ilə dərc olunur. Kim ki, daha çox informasiyaya sahibdi onda elm və texnologiya inkişaf edir".
Tokayev qeyd edib ki, artıq bir sıra ictimai təşkilatlar və şirkətlər öz işlərində latın qrafikasından istifadə edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31