"Söyüş maşını"na milyonlar ayrılacaq: "müstəqil bloqer"lərin "hami"lərinin yeni planı var
11 Fevral 2019 16:08 Dünya"Ərəb baharı" ssenarisini və "narıncı inqilab" taktikasını Azərbaycanda reallaşdırmağa çalışan fondlarla təşkilatlar xarici ölkələrdəki "müstəqil bloqer" adlandırılan soydaşlarımıza külli miqdarda "maliyyə yardımları" göstərməyə hazırlaşırlar.
2001-ci ildə Yaxın Şərq və Şimali Afrika ölkələrində "kütləvi xalq etirazları" adlandırılan, əslində isə uzaqdan idarə olunan və eyni ssenari üzrə hərəkət edən qrupların hazırlayaraq reallaşdırdıqları hakimiyyət dəyişiklikləri strategiyasını bu dəfə Azərbaycanda təkrarlamaq niyyəti var.
Daha doğrusu, niyyət 8 il əvvəl açıqlansa da, indiyədək reallaşdırıla bilməyib.
Amerikalı ekspert Metyu Şvartsın dediyinə görə, "səbəb Azərbaycan müxalifətinin zəifliyi, qeyri-populyarlığı və hakimiyyətin dayaqlarının səbatlı olmasıdır".