İsrail ordusu daha 22 fələstinlini saxlayıb
11 Fevral 2019 12:43 Dünya" İsrail qüvvələri işğal altındakı Qərbi Şəriyədə 22 fələstinlini saxlayıb.
Olaylar.az bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, fələstinlilərin saxlanmasına səbəb olaraq Qərbi Şəriyənin müxtəlif bölgələrinə gecə basqınlarında "terror hərəkətlərinə qarışdıqları" iddiası göstərilir.
Fələstinlilərin sorğulanmaq üzrə bölgədəki nəzarət mərkəzinə sövq edildiyi ifadə edilib.
Qeyd edək ki, Fələstin rəsmi qaynaqlarında yer alan məlumatlara görə, İsrail həbsxanalarında 430 inzibati məhbus, 270-dən çox uşaq olmaqla təxminən 6 min fələstinli məhbus var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31