Bişkek- Moskva reysi yubanır - "Bomba var" dedilər...
5 Fevral 2019 16:37 DünyaBişkekdən Moskvaya uçan sərnişin təyyarəsi aeroporta partlayıcı qurğu qoyulması ilə bağlı anonim xəbər səbəbindən ləngiyib.
Hazırda "Aeroflot"un sərnişinləri təyyarənin göyərtəsindədirlər və aeroportdan havaya qalxa bilmirlər.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:00-da Qırğızıstanın Manas aeroportuna partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına anonim məlumat daxil olub.
Anonim zəngdən dərhal sonra hava limanında sərnişinlər və işçi heyət təxliyə edilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31