Məhkəmə aparatı işçiləri üçün təlim keçirilib-Özəl

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında məhkəmə aparatı işçiləri üçün "Məhkəmə etikası və məhkəmələrdə vaxtın və stresli vəziyyətin idarə edilməsi" mövzusunda təlim keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlimin keçirilməsində məqsəd məhkəmə aparatı işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, etik davranış prinsipləri üzrə məlumatlılığının gücləndirilməsi, habelə vaxtın və stresli vəziyyətlərin səmərəli idarə olunması üzrə praktiki vərdişlərinin inkişaf etdirilməsidir.
31 nəfərin iştirak etdiyi təlimdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev və Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın təqdimatı dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31