Gürcüstan Baş naziri Avropa bürokrasiyasını ikili standartlarda ittiham edib – ÖZƏL
10:15 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropada baş verən etiraz aksiyalarını şərh edərkən Avropa bürokrasiyasını ikili standartlar yürütməkdə günahlandırıb. Onun sözlərinə görə, Fransa və Albaniyadakı iğtişaşlar zamanı avropalı rəsmilər hakimiyyəti deyil, məhz nümayişçiləri təmkinli olmağa çağırdıqları halda, Gürcüstanda zorakı aksiya iştirakçılarını şirnikləndirib və onları "dinc etirazçı" kimi qələmə veriblər.
Kobaxidze bu cür yanaşmanın tamamilə siyasi motivlərdən qaynaqlandığını vurğulayaraq, ədalətli və obyektiv mövqenin vacibliyini qeyd edib və Avropa ölkələrinə sülh, əmin-amanlıq arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31