Lavrov Yaponiyanı təslimçi sülhə çağırdı
5 Fevral 2019 16:12 DünyaRusiyanın Xarici İşlər naziri Sergey Lavrov Düşənbədə çıxışı zamanı Moskva ilə Tokio arasında sülh müqaviləsi məsələsinə toxunub.
Lavrov Rusiyanın danışıqları tezləşdirməyə hazır olduğunu, lakin ilk addımı Yaponiyadan gözlədiklərini bildirib.
"Təəssüflət olsun ki, atılması vacib olan ilk addım bizim deyil, Tokionun payına düşür. İkinci Dünya müharibəsinin nəticələrinin, o cümlədən Rusiyanın bütün ərazilərində, eyni zamanda bu adalarda suverenliyinin qeyd-şərtsiz tanınması birinci addım olmalıdır", - Lavrov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31