Yapon mətbuatı: Kuril ABŞ raketləri üçün ideal mövqedir
5 Fevral 2019 16:10 DünyaRusiyaya məxsus Kuril adaları ABŞ raketlərinin yerləşdirilməsi üçün ideal mövqe ola bilər.
Bu barədə "Japan Business Press" nəşri yazıb.
Məlumata görə, burada söhbət Yaponiyanın iddia etdiyi adalardan gedir. Belə ki, sözügedən adalar öz coğrafi şəraitinə görə ABŞ raketlərinin yerləşdirilməsi üçün uyğun mövqedə qərarlaşıb.
Nəşr həmçinin belə bir addımın atılacağı halda raketlərin ABŞ və Yaponiyanı Şimali Koreyanın ballistik raket hücumlarından qoruyacağını yazıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31