Moskvada 20 mindən çox adam təxliyyə edilib

Rusiyanın paytaxtı Moskva şəhərində mina qoyulması təhdidləri ilə anonim zənglərdən sonra insanların kütləvi toplaşdığı 89 obyektdən 21 min adam təxliyyə edilib.

Bu barədə "RİA Novosti"yə paytaxtın Fövqəladə Hallar Xidmətinin nümayəndəsi bildirib.

O, mina qoyulması ilə bağlı məlumatın Moskva vilayətinin ərazisindəki daha 25 obyektdə yoxlanıldığını da əlavə edib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31