Türkiyə hökuməti axtarışda olan terrorçuların siyahısını genişləndirib

Türkiyə hökuməti axtarışda olan daha 74 terrorçunun tapılması üçün 66 milyon 900 min lirə (12,5 milyon ABŞ dolları) pul mükafatı ayırıb.

Hazırda Daxili İşlər Nazirliyi tərəfindən 672 PKK mənsubu, FETÖ/PDY üzvü olan 342, solçu terror təşkilatlarından 119, dini istismar ittihamları ilə 75 nəfər "terrordan axtarılanlar" siyahısına daxil edilib. Xüsusi təhlükəli terrorçu qismində axtarılanların sayı 208 nəfərə çatıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31