“Rossiya seqodnya” agentliyinin “Sputnik” xəbər lenti fars dilində yayımlanacaq
5 Fevral 2019 13:42 Dünya"Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyi "Sputnik" xəbər lentini fars dilində yayımlayacaq.
Gün ərzində fasiləsiz yayımlanacaq xəbər lentində bütün dünyada fəaliyyət göstərən "Sputnik" müxbirlərinin fars dilində hazırladığı xəbərlər, reportajlar, oçerklər, analitik icmallar, habelə rusiyalı və əcnəbi məmurlardan, beynəlxalq təşkilatların nümayəndələrindən aldıqları müsahibələr və eksklüziv şərhlər öz əksini tapacaq.
"Sputnik Farsi News Service" xəbər lentinin işə başlaması münasibətilə Moskvada keçiriləcək təntənəli mərasimdə "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov və İranın Rusiyadakı səfiri Mehdi Sənai də iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31