Ermənistanda qubernator köməkçilərinin sayı azaldılacaq
5 Fevral 2019 13:22 DünyaErmənistan hökuməti vilayət administrasiyalarının əməkdaşlarının sayını azaltmaq niyyətindədir.
Təkcə orta səviyyəli işçilərin yox, həm də qubernator köməkçilərinin sayının azaldılması qərara alınıb. Başqa sözlə, qubernatorların bundan sonra indiki kimi 3 yox, yalnız 1 yardımçısı olacaq.
Nəşr xatırladır ki, qubernator köməkçilərinin sayı Robert Koçaryanın prezidentliyi dövründə, Daşnaksütun Partiyası və Orinats Yerkir Partiyasının simasında koalisiya tərəfdaşlarına müvafiq portfellər verilməli olduğu dövrdə kəskin şəkildə artıb.
"Reprot"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31