Terrorçularla əlaqədə olan 350 nəfər saxlanıldı - TÜRKİYƏDƏ ƏMƏLİYYAT
4 Fevral 2019 21:18 Dünya2019-cu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatları çərçivəsində PKK terror təşkilatının 75 üzvünü zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hesabatında deyilir.
Bu müddət ərzində bir türk hərbçisi həlak olub, 3 nəfər isə yaralanıb.
Bundan başqa, yanvar ayı ərzində terrorçularla əlaqədə şübhəli bilinən 350 nəfər saxlanılıb. Onlardan 108-i həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31