La-Manşda aşkarlanan təyyarənin görüntüsü yayılıb
4 Fevral 2019 18:22 DünyaLa-Manşda aşkarlanan təyyarənin görüntüsü yayılıb.
"Associated Press"in jurnalisti Rob Harris "Twitter" hesabında boğazın dərinliyində tapılan hava gəmisinin fotosunu paylaşıb. O qeyd edib ki, xilasedicilər təyyarədə sərnişinlərdən birinin cəsədinin göründüyünü bildiriblər.
Qeyd edək ki, içərisində pilot Devid Aybbotson və argentinalı futbolçu Emiliano Salanın olduğu təyyarənin hissələri ötən gecə Qernsi adası yaxınlığında aşkarlanıb.
report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31