Malaziyada uşağı havada oynadan rus cütlük... - Video

Malaziya polisi Kuala-Lumpur küçələrində körpə uşaqla jonqlyorluq edən rusiyalı cütlüyü saxlayıb.

Bu barədə "Star" qəzeti informasiya yayıb.

"Bu gün 28 və 27 yaşlı rusiyalı cütlük Raca Abdulla küçəsində çıxışları zamanı saxlanılıb", - yerli polis idarəsindən bildirilib.

Məlumata görə, rus cütlük turist kimi fevralın 1-də Taylanddan Malaziyaya gəlib. Onların təqdimatındakı video sosial şəbəkələrdə yayılıb. Videoda rus kişinin uşağı ayağından tutaraq başının üzərində fırlatması əks olunub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31