Somalinin paytaxtı Moqadişoda ticarət mərkəzi qarşısında avtomobilin partladılması nəticəsində 11 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yerli polis hücumun "Əş Şəbab" terror təşkilatı tərəfindən həyata keçirildiyini düşünür.
Hadisə bir çox ticarət müəssisələrinin yerləşdiyi küçədə baş verdiyindən həmçinin 4 avtomobil və bir restoran yanıb.
"Report"