Gürcüstanın Milli Turizm Administrasiyasına yeni rəhbər təyin olunub
4 Fevral 2019 16:53 DünyaGürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri vəzifəsinə təyinat olub.
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobuliabildirib.
O deyib ki, bu vəzifəyə Mariam Kvrivişvili təyin olunub. 28 yaşlı Mariam Kvrivişvili bundan öncə "FlyDubai" şirkətinin Gürcüstan ofisinin rəhbərliyində çalışıb.
Qeyd edək ki, Gürcüstanın Milli Turizm Administrasiyasının keçmiş rəhbəri Giorgi Çoqovadze ötən ilin dekabrında Hava Limanları Birliyinə baş direktor təyin olunub. O, 2014-cü ilin noyabr ayından Administrasiyanın rəhbəri vəzifəsini tutub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31