Həkimlər ürəyi dayanan şəxsi 2,5 saat sonra həyata qaytarıblar

Çin həkimləri 150 dəqiqə kliniki ölüm vəziyyətində olan şəxsi həyata qaytara biliblər.

E-tibb.az  bildirir ki, həkimlər dayanmış ürəyi 2 saat yarım masaj etməklə yenidən işə salmağa nail olublar.

İnadkar həkimlərin səyi nəticəsində baş vermiş möcüzə bu il yanvarın 2-də Çinin Lyaonin əyalətinin Ənənəvi Çin Təbabəti Unibversitetinin nəzdindəki xəstəxanada qeydə alınıb.

20 həkim Çjan adlı kişinin ürəyini növbə ilə masaj edərək bir saniyə belə dayanmayıblar. 150 dəqiqə davam edən klinki ölüm müddətində həkimlər xəstənin sinəsini təxminən 15 min dəfə masaj ediblər.

Çində reanimasiya tədbirləri üçün 50 dəqiqə nəzərdə tutulur. Lakin bu dəfə istisna olub və həkimlər xəstənin xilası üçün səylərini dayandırmayıblar. Çünki tibbi cihazlar cüzi də olsa, ürək fəaliyyətini qeydə alıb. Məhz bu, həkimlərin ruhdan düşməməsinə və xəstəni xilas etməsinə stimul verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31