Yaponiyada milyonlarla insan qripə yoluxub
2 Fevral 2019 12:12 DünyaYaponiyada 2,2 milyondan artıq sakin qriplə xəstələnib.Bu barədə səhiyyə, əmək və firavanlıq nazirliyinə istinadla, "NHK" telekanalı xəbər verib.Qeyd olunur ki, 21-27 yanvar tarixlərində Yaponiya xəstəxanaları orta hesabla qripə yoluxmuş 57 min xəstəni qəbul edib. Bu, 1999-cu ildən bəri rekord göstərici sayılır.Tibb işçiləri əhaliyə əllərini tez-tez yumağı, maska geyinməyi və vaxtında həkimə üz tutmağı tövsiyə edirlər.Bu arada, ötən həftə ərzində Yunanıstanda qripdən 12 nəfərin öldüyü bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31