Fransa “Sarı jiletlilər”ə qarşı bu silahdan istifadəyə icazə verdi
1 Fevral 2019 17:03 DünyaFransanın Dövlət Şurası - inzibati işlər üzrə ən yüksək məhkəmə instansiyası "Sarı jiletlilər"in etiraz aksiyaları zamanı polis tərəfindən xüsusi qumbaraatanların (LBD) istifadəsinin qadağan edilməsi ilə bağlı tələbləri rədd edib.
Bu barədə şuranın mətbuat xidməti informasiya yayıb.
Məhkəmə tələbləri geri çevirməsinə səbəb kimi bu növ silahın istifadəsi şərtlərinin olduqca sərt daxili təhlükəsizlik məcəlləsi ilə tənzimlənməsini göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31