Fanatı müğənninin evinə hücum çəkdi

Avstraliyalı müğənni Kayli Minouqun başına iş gəlib.

Ötən həftə dünyaca məşhur ulduzun pərəstişkarı Çelsidəki evinə hücum edilib.

Gecə saatlarında naməlum fanat sənətçinin mənzilinin qarşısına gələrək qapının zəngini basmağa başlayıb. O, ərazidə bir neçə saat vaxt keçirib, qışqıraraq qonşuları narahat edib.

50 yaşlı ifaçı qorxu içində polisə zəng vurarak onları məsələdən xəbərdar edib.(qafqazinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31