Almaniya Hərbi Dəniz Donanmasının gəmisi Qara dəniz sularına daxil olacaq
1 Fevral 2019 16:40 DünyaAFT Müdafiə Nazirliyinin nümayəndəsinin hesabatında deyilir ki, Almaniya Hərbi Dəniz Donanmasının (HDD) üzən bazası - "Werra" bu ay NATO-nun Qara dənizdə mina əleyhinə daimi qrupunun missiyasında iştirak edəcək.
Gəmi Bolqarıstanın Burqas və Varna limanlarına daxil olacaq.
Bundesverin nümayəndəsi deyib: "Almaniya HDD-nin digər gəmilərinin Qara dənizdə olması nəzərdə tutulmayıb".
1936-cı il tarixli Montrö Konvensiyasına görə, Qara dəniz hövzəsində olmayan ölkələrin hərbi gəmilərinin bu dənizin akvatoriyasında 21 gündən çox olmamaq şərti ilə üzmək hüququ var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31