Angela Merkel hökumətin aviaparkını yeniləyir

"Spiegel Online" internet nəşri fevralın 1-də AFR hökumətinin onun üzvlərinə xidmət edən aviaparkını yeniləmək niyyəti barədə bundesverin mətbuat xidmətinin informasiyasını yayıb.

AFR Müdafiə Nazirliyi bu ilin sonunda uzaq məsafələrə uçuşlar həyata keçirən A350 təyyarəsi satın alacaq. Bir belə təyyarənin qiyməti 150 milyon avrodur.

AFR Müdafiə Nazirliyinin stats-katibi Benedikt Simmer bildirib ki, qarşıdan gələn üç ildə hökumət üçün daha üç A350 təyyarəsi əldə ediləcək. Bu təyyarələr 2009-cu ildə "Lufthansa" aviaşirkətindən satın alınmış və hökumətin ehtiyaclarına uyğun yenidən təchiz edilmiş A340 "Konrad Adenauer" və "Teodor Hoys" təyyarələrini əvəzləyəcək.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31