Məktəbin döşəməsinin çökməsi nəticəsində 3 şagird ölüb

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Yohannesburqda məktəbin döşəməsinin çökməsi nəticəsində 3 şagirdin öldüyü, 21 nəfərin isə yaralandığı bildirilir.

CAR-ın təhsil naziri Panyaza Lesufi yaralanan 21 məktəblinin paytaxtın müxtəlif xəstəxanalarına çatdırıldığını, onlardan bəzilərinin vəziyyətinin ağır olduğunu deyib. Məktəbin rəhbərliyi ölən və yaralanan şagirdlər haqqında operativ məlumat vermək üçün valideynləri hadisə yerinə çağırıb.

Təhsil naziri əlavə edib ki, insidentdən sonra 1000 şagirdin təhsil aldığı məktəbin fəaliyyəti təhlükəsizlik məqsədilə dayandırılıb.

Şəhərin hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırlar.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31