Şiddətli şaxtalar nəticəsində Uels və İngiltərədə məktəblər bağlanıb

Şiddətli şaxtalar nəticəsində Uels və İngiltərənin cənub bölgəsində bütün məktəblər bağlanıb.

Uelsdə 500, Berkşirdə 200, Uiltşirdə 250 və Bukinhemşirdə 300 məktəbdə təhsilə ara verilib. Bu ərazilərdə, həmçinin Şotlandiya və Şimali İrlandiyada şaxtalı hava ilə əlaqədar "sarı həyəcan" elan olunub. Bristol hava limanı və digər yerli aeroportlarda da uçuşlar dayandırılıb. Londonun ən böyük "Heathrow" hava lmanında onlarla uçuş təxirə salınıb.

İngiltərənin cənub-şərq bölgəsində də şiddətli şaxtalar həyatı iflic edib. Burada qarın qalınlığı 22 santimetrə çatıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31