Ermənistanın xaricdəki diplomatlarının sayı xeyli azaldılır
1 Fevral 2019 16:04 DünyaErmənistanın xaricdəki diplomatlarının sayı 20-30 faizədək ixtisar edilir.
Diplomatik korpuslardan əməkdaşların ixtisarı ilə bağlı tapşırıq aldıqlarını bildiriblər.
Ermənistanda dövlət sektorunda ixtisarlar artıq başlayıb. Vergi və gömrük xidmətlərini birləşdirən Dövlət Gəlirlər Komitəsinin 128 əməkdaşı, Maliyyə Nazirliyində isə 84 məmur tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Ermənistanın Danimarkadakı səfirliyi də bağlanır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31