5 aylıq hamilə həyat yoldaşını bu hala saldı - VİDEO

Türkiyə Eskişehirdə 5 aylıq hamilə qadının həyat yoldaşı tərəfindən döyüldükdən sonra pis durumda xəstəxanaya aparıldığı məlum olub.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, qarınında körpəsi ilə xəstəxanaya düşən qadın əri tərəfindən döyüldükdən sonra bədənindəki sümüklərin bir çoxu qırılıb.

Təxminən 7 ildir S.A. ilə evli olan Nezaket N.A. illərlə şiddətə məruz qalıbmış.

Qadının bacıları Rahime Taş və Yasemin Törü prokurorluğa şikayət ərizəsi yazıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31