Suriyada ötən ay 197 sivil öldürüldü

Suriya İnsan Haqqları Şəbəkəsi (SNHR), Suriyada keçən ay 197 sivil vətəndaşın öldüyünü açıqlayıb. Olaylar.az bildirir ki, SNHR-in yayımladığı hesabatda, öldürülənlər arasında 57-i uşaq və 27-i qadın olduğu bildirilib.

Suriya İnsan Haqqları Şəbəkəsi (SNHR), Suriyada keçən ay 197 sivil vətəndaşın öldüyünü açıqlayıb.

Olaylar.az bildirir ki, SNHR-in yayımladığı hesabatda, öldürülənlər arasında 57-i uşaq və 27-i qadın olduğu bildirilib.

Hesabatda Bəşər Əsəd rejiminin keçən ay 12-si uşaq, 4-ü qadın olmaqla 44 vətəndaş qətl etdiyi, Rusiyanın hücumlarında isə 2-si uşaq, 1-i qadın olmaqla  9 vətəndaşın həyatını itirdiyi məlumatı verilib.

ABŞ liderliyindəki DEAŞ əleyhdarı beynəlxalq koalisiya qüvvələrinin hücumları səbəbiylə 15-i uşaq, 12-si qadın olmaqla 37 vətəndaş həlak olub.

Şəxsiyyəti naməlum tərəflərin isə sözügedən müddətdə 10-u uşaq, 6-sı qadın olmaqla 55 vətəndaşı öldürdüyü, terror təşkilatı DEAŞ-ın isə 3-ü uşaq, 1-i qadın olmaqla 13 vətəndaşı qətlə yetirdiyi qeyd edilib.

Terror təşkilatı YPG / PKK-nın isə 13-ü uşaq, 3-ü qadın olmaqla 30 vətəndaşı öldürdüyü ifadə edilib. Hərbi müxaliflər və rejim əleyhdarı silahlı qrupların isə 2-si uşaq olmaqla 9 vətəndaşın ölümünə səbəb olduğu bildirilib.

Qeyd edək ki, SNHR-in yayımladığı hesabatda keçən ay 14 adamın işkəncə edilərək öldürüldüyü də qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31